14:38 - 27.11.2025
27 noyabr, Fineko/abc.az. Bu ilin ilk 9 ayında Azərbaycandan xarici ölkələrə 28 min ABŞ dolları dəyərində 33,5 ton bibər göndərilib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 3 dəfə, kəmiyyət olaraq – 3 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyaya 16,8 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 84 % çox) 20,8 ton (+75 %), Gürcüstana 7,9 min ABŞ dolları dəyərində 12,5 ton və Səudiyyə Ərəbistanına 3,3 min ABŞ dolları dəyərində 0,2 ton (1 il əvvəl tədarük olmayıb) məhsul satıb.
Azərbaycan sonuncu dəfə Gürcüstana 2013-cü ildə bibər (0,3 min ABŞ dolları dəyərində 3,4 ton) tədarük edib.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026