12:07 - 27.11.2025
27 noyabr, Fineko/abc.az. Avstriya hökuməti elektrik enerjisinin dəyərini azaltmaq üçün 500 milyon avroya yaxın vəsait ayırmağı planlaşdırılır.
ABC.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında respublikanın federal kansleri Kristian Ştoker bildirib. O, vəsaitin büdcədən deyil, şirkətlərdəki dövlət paylarından alınacağını açıqlayıb.
"Biz əvvəllər şəbəkə tariflərinin artımını azaltmaq üçün 130 milyon avro ayırmışıq. "Ucuz elektrik" qanunu sayəsində bu məbləğ daha 450 milyon avro artırılacaq. Məqsəd, gələn il şəbəkə tariflərindəki artımın inflyasiya səviyyəsindən aşağı olmasını və orta hesabla yalnız 1% olmasını təmin etməkdir. Xatırladım ki, 2025-ci ildə şəbəkə tarifləri 23% artıb. Fərq göz qabağındadır", - Ştoker deyib.