Gəncədə KOB evinin yaradılması istiqamətində işlər nə vəziyyətdədir? - Açıqlama (özəl xəbər)

10:51 - 27.11.2025


27 noyabr, Fineko/abc.az. Hazırda Bakı, Xaçmaz, Yevlax və Şuşa şəhərlərində olmaqla 4 K0B evi və Xudat şəhərində "Xaçmaz KOB evi"nin xidmət mərkəzi fəaliyyət göstərir.

Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) ABC.AZ-ın sorğusuna verilən cavabda bildiriblər.

Agentlikdən bildirilib ki, bu KOB evləri yalnız adı çəkilən şəhərlərə deyil, ətraf rayon və şəhərlərin sahibkarlarına da xidmət göstərir.

KOB evlari yaradılmazdan əvvəl yerin müəyyənləşdirilməsi üçün araşdırmalar və təhlilər aparılır. Bu baxımdan yeni KOB evlərinin yaradılması regionlarda fəaliyyət göstərən sahibkarların sayı, iqtisadi aktivlik, dövlət və özəl qurumlar tərəfindən göstərilən xidmətlər, KOB evinə olan ehtiyac və digər məsələlər nəzərə alınımaqla həyata keçirilir.

"Hazırda Gəncə şəhərində KOB evinin yaradılması istiqamətində tədbirlər yekunlaşmaq üzrədir. Qarşıdakı dövrdə "Gəncə KOB evi" bölgədə fəaliyyət göstərən sahibkarların istifadəsinə veriləcəkdir. Eyni zamanda bu il beta versiyası istifadəyə verilmiş "E-KOB evi portalı" da KOB evlərində göstərilən xidmətlərə sahibkarlanın onlayn şəkildə çıxışını təmin edir.

Həmçinin, sahibkarların ehtiyacı olan əlavə xidmətlərin qarşıdakı illərdə KOB evlərində göstərilməsi istiqamətində tədbirlərin davam etdirilməsi gündəliyimizdədir.

Qeyd edək ki, KOB evlərinin əsas məqsədi sahibkarlıq subyektlərinə operativlik şəffaflq, nəzakətlik veə məsuliyyət prinsiplərinə uyğun olaraq dövlət ("G2B") və özəl ("B2B") qurumların xidmətlərinin vahid məkanda təqdim edilməsidir.

Bu, sahibkarın vaxtına qənaet edir, əməliyyat xərclərini azaldır, xidmətlərin şəffaf va operativ təşkili sahibkar məmnunluğunu artırr,xidmət səviyyəsini ölçüləbilən edir. Sahibkarlar biznes fəaliyyəti üçün zeruri olan sahibkarlıq fəaliyyetinin qeydiyyat lisenziya və icazələrin alınmas, vergi, gömrük, kommunal, bank və digər xidmətlər üçün KOB evlərinə müraciət edə bilərlər", - deyə Agentlikdən bildirilib.

Müəllif: Elmir Muradov