09:31 - 27.11.2025
26 noyabr, Fineko/abc.az. Cümə axşamı keçirilən hərracda etalon markaların qiyməti aşağı düşür.
Saat 09:28-ə olan məlumata əsasən, ICE Futures birjasında Brent markalı neftin yanvar fyuçerslərinin qiyməti $0,34 (0,54%), bir barel üçün $62,79-a düşüb. Noyabrın 26-da keçirilən hərracların nəticələrinə görə, Brent neftinin yanvar fyuçersləri $0,65 (1,04%) artaraq bir barel üçün $63,13-a çatıb.
Saat 09:28-ə olan məlumata əsasən NYMEX əmtəə birjasında WTI neftinin yanvar fyuçerslərinin qiyməti $0,30 (0,51%) azalaraq bir barelə $58,35-a düşüb. 26 noyabr ticarətinin nəticələrinə görə, WTI neftinin yanvar fyuçersləri $0,70 (1,21%), bir barel üçün $58,65-a yüksəlib.