09:40 - 26.11.2025
26 noyabr, Fineko/abc.az. Etalon markaların qiymətləri əvvəlki sessiyanın nəticələrinə görə azaldıqdan sonra çərşənbə günü hərracda yüksəlir.
ICE Futures birjasında Brent markalı neftin yanvar fyuçerslərinin qiyməti saat 09:33-ə olan məlumata görə $0,24 (0,38%) artaraq bir barel üçün $62,72-a yüksəlib. Noyabrın 25-də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin yanvar fyuçersləri $0,89 (1,40%) azalaraq bir bareli $62,48-a enib.
NYMEX əmtəə birjasının ticarətində WTI neftinin yanvar fyuçerslərinin qiyməti saat 09:33-ə olan məlumata görə $0,24 (0,41%) artaraq bir barel üçün $58,19-a çatıb. 25 noyabr ticarətinin nəticələrinə görə, WTI neftinin yanvar fyuçersləri $0,89 (1,51%) ucuzlaşaraq bir barel üçün $57,95-a düşüb.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026