19:13 - 25.11.2025
25 noyabr, Fineko/abc.az. 2026-cı ildə Danimarkada 15 yaşınadək uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən qanun qüvvəyə minəcək.
ABC.AZ xəbər verir ki, sosial platformalarda ünsiyyət qurmaq üçün istifadəçilər yaşı təsdiq edən sənəd vasitəsilə qeydiyyatdan keçməli olacaqlar. Bunun üçün artıq xüsusi proqram yaradılıb. Sosial şəbəkələr öz identifikasiya sistemini inkişaf etdirə bilər.
Qadağa peşəkar inkişaf üçün istifadə olunanlardan başqa əksər platformalara şamil ediləcək. Eyni zamanda, valideynlər öz mülahizələrinə görə uşaqların sosial şəbəkələrə girişinə icazə verə biləcəklər. Bu, yalnız 13 yaşı tamam olan uşaqlara aiddir.
30 İyul 2026
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026