16:01 - 25.11.2025
25 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 7,2 milyon ABŞ dolları dəyərində 8 023 ton nar ixrac edib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 29 %, kəmiyyət olaraq – 28 % çoxdur.
Azərbaycan Rusiyaya 6,5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 29 % çox) 7 096 ton (+27 %), Ukraynaya 360 min ABŞ dolları dəyərində (+38 %) 441 ton (+63 %), Gürcüstana 273 min ABŞ dolları dəyərində (+58 %) 378 ton (+45 %), Qazaxıstana 36 min ABŞ dolları dəyərində (-28 %) 60 ton (-15 %), Birləşmiş Ərəb Əmirliklərinə 27,5 min ABŞ dolları dəyərində 18,3 ton (1 il əvvəl tədarük olmayıb) məhsul satıb.
Hesabat dövründə Azərbaycan 146,2 min ABŞ dolları dəyərində (+3 dəfə) 71,23 ton (+3 dəfə) nar idxal edib.
Azərbaycan Rusiyadan 78,4 min ABŞ dolları dəyərində 28 ton (1 il əvvəl tədarük olmayıb), Perudan 26,8 min ABŞ dolları dəyərində (-27 %) 10,7 ton (-27 %), Türkiyədən 24,8 min ABŞ dolları dəyərində (+4,3 dəfə) 20,7 ton (+4,2 dəfə), İrandan 12,9 min ABŞ dolları dəyərində (+22 dəfə) 10,7 ton (+20 dəfə), Cənubi Afrikadan 2,2 min ABŞ dolları dəyərində (-49 %) 0,9 ton (-47 %) məhsul alıb.
Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə Vyetnamdan tədarük (0,2 min ABŞ dolları dəyərində 0,05 ton) həyata keçirilib.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026