15:41 - 24.11.2025
24 noyabr, Fineko/abc.az. AB-də orqanizmin xaricində yetişdirilən hüceyrələrdən ət istehsalı üçün ilk qurğu Hollandiyanın Midden-Delfland şəhərində quraşdırılmışdır. Startap RespectFarms və fermer Korne van Leuven pilot formatda hüceyrədən yetişdirilən ət istehsalına başlayırlar. Onlar qida istehsalında yeni istiqamət nümayiş etdirməyə ümid edirlər.
ABC.AZ xəbər verir ki, layihəyə kənd təsərrüfatı məhsuldarlığı və davamlılığı üzrə Avropa innovasiya Tərəfdaşlığı (EIP-Agri) dəstək verir.
Testlər nəticəsində süni ət istehsalının işlək bir modelini əldə etməyə ümid edirlər. Hal-hazırda Avropa İttifaqında kultivasiya olunmuş ət insanların istehlakı üçün icazə verilmir. Yetişdirilən hüceyrələrdən alınan ət İsrail, Sinqapur və ABŞ-da istehlak üçün təsdiq edilmişdir.