12:20 - 24.11.2025
24 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla Çin arasında ticarət əməliyyatlarının həcmi 3,815 milyard ABŞ dolları təşkil edib.
ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Qeyd edilib ki, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 799,2 milyon ABŞ dolları və ya 26,5% çoxdur.
Hesabat dövründə Çin ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 9,34%-i həcmində olub. Bununla da sözügedən ölkə hesabat dövrü ərzində Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında 4-cü pillədə qərarlaşıb.
Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan Çinə 79,6 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 65,2 milyon ABŞ dolları və ya 5,5 dəfə çoxdur.Hesabat dövründə Çindən Azərbaycana isə 3,7 milyard ABŞ dolları dəyərində ixrac əməliyyatları icra olunub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 734 milyon ABŞ dolları və ya 24,5% artım deməkdir. Bununla da hesabat dövründə Çin Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr sırasında ilk pillədə qərarlaşıb.
3 Avqust 2026
1 Avqust 2026