Asiya ölkələri ilə enerji interkonnektorları üzrə real nəticələr əldə etmişik - Cavid Abdullayev

17:13 - 21.11.2025


21 noyabr, Fineko/abc.az. Enerji strategiyası çərçivəsində yalnız daxili infrastruktur deyil, həm də beynəlxalq enerji bağlantıları gücləndirilir.

ABC.AZ xəbər verir ki, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev "Yaşıl və Rəqəmsal İpək Yolu" beynəlxalq akselerasiya proqramının "Demo-Day" tədbirində bildirib.

Onun sözlərinə görə, artıq Xəzər hövzəsi, Avropa və Asiya ölkələri ilə enerji interkonnektorları üzrə real nəticələr əldə etmişik:

"Bu bağlantılar Azərbaycanın regional enerji qovşağı kimi rolunu daha da möhkəmləndirir. Yeni ötürmə xətti layihələri "yaşıl enerji"nin, xüsusilə külək və günəş enerjisinin xarici bazarlara ixracını artıracaq".

C. Abdullayev əlavə edib ki, enerji bağlantılarına dair bir sıra mühüm texniki və sənədləşmə prosedurları artıq yekunlaşıb və layihələr icra mərhələsinə keçib: "Son bir həftə ərzində əsas enerji interkonnektorları üzrə vacib razılaşmalar bağlanıb. Bu, ölkənin enerji sistemini həm modernləşdirəcək, həm də ixrac imkanlarını genişləndirəcək". ©Report