10:23 - 21.11.2025
21 noyabr, Fineko/abc.az. Yandex ilk ixtisaslaşdırılmış AI köməkçisini — neyro-hüquqşünası işə salıb.
ABC.AZ xəbər verir ki, tətbiq, Alice AI LLM dil modelinə əsasında yaradılıb və hüquqi problemlərin həlli üçün işlənib.
Onun köməyi ilə hüquqşünasların işini optimallaşdırmaq olar: AI köməkçisi müqavilələri təhlil edə, sənədlərin versiyalarını müqayisə edə, ən çox tələb olunan yeddi hüquq sahəsində məsləhət verə və özünü sınamaqda mütəxəssislərə kömək edə bilər.
Yandex bildirir ki, şirkətin vəkilləri neyro-hüquqşünasdan artıq fəal istifadə edirlər. Yandex-in hesablamalarına görə, AI köməkçisi məlumatların axtarışını və təhlilini 3 dəfə sürətləndirə bilər.
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026