"Araz" ya "Rahat Market"də qiymətlər daha şəffafdır?

10:19 - 20.11.2025


20 noyabr, Fineko/abc.az. Yerli pərakəndə satış bazarında "Araz" Supermarketlər şəbəkəsi ilə "Rahat Market" arasında qiymət siyasəti məsələləri son günlər daha çox gündəmə gəlir.

ABC.AZ-ın bazarda apardığı araşdırmalar və dövlət nəzarət orqanlarının yoxlamaları göstərir ki, "Araz market"ləri bir sıra hallarda etiketdə göstərilən qiymətdən yüksək məbləğdə məhsul satmaqda günahlandırılır. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi "Araz Market"ə qarşı bir neçə inzibati protokol tərtib edib.

Məlumata görə, cərimələr müxtəlif qida məhsullarını etiketdəki qiymətdən baha satıldığı tətbiq olunub.  Bu cərimələr “Malın hesabına dair istehlakçının az miqdarda aldadılması” maddəsi ilə həyata keçirilib.

Digər tərəfdən, "Rahat Market" də etiketləşdirmə məsələlərində diqqətdən kənarda qalmayıb. "Rahat Market" də isə etiketi olmayan və ya yanlış qablaşdırılmış yeyinti məhsulları müəyyən edilib.

Bu gərginlik həm istehlakçılar, həm də tənzimləyici orqanlar üçün vacib suallar doğurur: “Əslində hansı market daha münasibdir?”, “Qiymət etiketi ilə kassadakı qiymət arasındakı fərq istehlakçıları necə təsir edir?” Nəticədə, pərakəndə bazarında şəffaflıq məsələsi bir daha gündəmə gəlir.

Müəllif: Elmir Muradov