16:54 - 18.11.2025
18 noyabr, Fineko/abc.az. 2025-ci ilin ilk 9 ayında Azərbaycanın mühərrik benzini idxalında ciddi artım müşahidə olunub.
ABC.AZ xəbər verir ki, 2024-cü ildə 55,8 min ton olan premium markalı 95 oktanlı mühərrik benzinin idxalı 2025-ci ilin ilk 9 ayında iki dəfədən çox artaraq 105,3 min tona çatıb. Dəyər ifadəsində 53,8 milyon dollardan 89,7 milyon dollara yüksəlib.
Artımın əsas mənbəyi Rusiya və Rumıniyadan gətirilən benzin olub. 2025-ci ildə 95 oktan benzinin orta idxal qiyməti 852 dollar/ton olub. Halbuki, 2024-cü ildə bu rəqəm 964 dollar/ton idi.
92 oktanlı benzinin idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 5.4 faiz azalıb. 2024-cü ildə 87,8 min ton olan idxal 2025-ci ildə 83 min tona düşüb. Builki tədarükdə Litva, Bolqarıstan və Latviya kimi tədarükçülər olmayıb, bunun əvəzində Belarus və Rusiya üzrə həcmlər yüksəlib. 2025-ci ildə 92 oktan benzinin bir tonunun orta idxal qiyməti təqribən 885 dollardan 775.8 dollara düşüb.
98 oktanlı benzinin idxalında da artım müşahidə edilib. 2024-cü ildə 1536 ton olan idxal 2025-ci ildə 1 777 tona yüksəlib. Dəyər də 1,88 milyon dollardan 2,17 milyon dollara qalxıb. Orta qiymət isə 2024-cü ildə təxminən 1 226 dollar/ton olduğu halda, 2025-ci ildə 1225 dollar/ton civarında olub. Əsas tədarükçülər yenə Rusiya və Rumıniyadır.
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
24 Sentyabr 2026
25 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026