14:22 - 17.11.2025
17 noyabr, Fineko/abc.az. Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 9 ayda 2025-ci ilin ilk doqquz ayındakı Azərbaycanın Çin Xalq Respublikası ilə ticarət balansındakı tarixi maksimum olan 3 mlrd. 258.7 mln. ABŞ dollarına yüksəlib.
ABC.AZ xəbər verir ki, bu da öncəki ilin müvafiq dövrünü 26 faiz üstələmiş olub. Halbuki, bu 2024-cü ilin müvafiq dövründə 2 mlrd. 627.64 mln. dollar idi.
Xarici ticarət balansındakı kəsir (defisit və ya mənfi saldo) ölkənin idxal etdiyi malların və xidmətlərin ixrac etdiyi mallardan və xidmətlərdən çox olması deməkdir.
Çin Azərbayandan cəmi 71 mln. dollar alarkən, 3 mlrd. 329 mln. dollarlıq məhsul satıb.