10:29 - 17.11.2025
17 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 55,96 min ton pambıq mahlıcı istehsal edilib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,7% çoxdur.
Bu il noyabr ayının 1-nə ölkədə 15,94 min ton hazır məhsul ehtiyatı olub.
2024-cü ildə Azərbaycanda 73 min ton pambıq mahlıcı istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 9,9% azdır.