Tütün istehsalı azalıb, siqaret istehsalında isə artım davam edir

10:17 - 17.11.2025


17 noyabr, Fineko/abc.az. 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 14 090.4 milyon ədəd siqaret və siqarlar istehsal edilib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 13.4% artıb. 01.11.2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 1003 milyon ədəd təşkil edir.

Hesabat dövründə ölkədə 1543.6 ton tütün istehsal edilib ki, bu da 2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 61.7% azdır. 01.11.2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 486.9 tondur.