09:20 - 17.11.2025
17 noyabr, Fineko/abc.az. Bazar ertəsi keçirilən hərracda etalon markaların qiyməti aşağı düşür.
Saat 09:15-ə olan məlumata görə ICE Futures birjasında Brent markalı neftin yanvar fyuçersləri $0,60 (0,93%), bir barelə $63,79-a düşüb. Noyabrın 14-də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin yanvar fyuçersləri bir barel üçün $1,38 (2,19%) artaraq $64,39-a çatıb.
Saat 09:15-ə olan məlumata görə NYMEX əmtəə birjasının ticarətində WTI neftinin dekabr fyuçersləri $0,60 (1,00%) azalaraq bir barel üçün $59,49-a düşüb. 14 noyabr ticarətinin nəticələrinə görə, WTI neftinin dekabr fyuçersləri $1,40 (2,39%), bir barel üçün $60,09-a yüksəlib.
Ötən həftə Brent markalı neft 1,19%, WTI isə 0,57% bahalaşıb.
7 Avqust 2026
7 Avqust 2026