15:32 - 3.11.2025
3 noyabr, Fineko/abc.az. Bu ilin oktyabr ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) "Google" axtarış sisteminin bazar payı 81,92 % təşkil edib.
ABC.AZ-ın məlumatına görə, bu barədə "Statcounter" agentliyinin son hesabatında qeyd edilib. Məlumata görə, bu, sentyabr ayına nisbətən 0,99 faiz bəndi, 1 il əvvəlin göstərici ilə müqayisədə 2,35 faiz bəndi azdır.
İkinci pillədəki "Yandex"in bazar payı ay ərzində 0,99 faiz bəndi, illik isə 1,76 faiz bəndi artaraq 15,63 % olub.
Növbəti yerdə qərarlaşan "Bing"in bazar payı aylıq müqayisədə 0,08 faiz bəndi, illik isə 0,49 faiz bəndi artaraq 1,49 %-də qərarlaşıb.
Dördüncü yerdəki "DuckDuckGo"nun bazar payı ay ərzində 0,02 faiz bəndi, illik müqayisədə isə 0,13 faiz bəndi artaraq 0,48 % təşkil edib.
İlk beşliyi qapadan "Yahoo"nun bazar payı ay ərzində 0,09 faiz bəndi, illik müqayisədə isə 0,03 faiz bəndi azalaraq 0,43 % olub. Beləliklə bu axtarış sistemin bazar payı son 1 ayda 17 % azalıb.
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026