Azərbaycan TAP vasitəsi ilə Avropaya nə qədər təbii qaz satıb?

14:08 - 3.11.2025


3 noyabr, Fineko/abc.az. Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən noyabrın 3-də 349 milyon 849 min 291 kVt/saat həcmində sifariş alınıb.

ABC.AZ xəbər verir ki, bu barədə məlumatlar TAP-ın elektron platformasında öz əksini tapıb.

Bu, ötən həftənin bazar ertəsinin sifariş göstəriciləri ilə müqayisədə 6,71 % azdır.

Kipoi çıxış nöqtəsindən noyabrın 4-dən noyabrın 10-dək hər gün üçün 348 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb.

Bu, oktyabrın 28-29-na olan sifariş göstəriciləri ilə müqayisədə 7,19 %, oktyabrın 30-u - təxminən 7,18 %, oktyabrın 31-i - 7,19 %, noyabrın 1-i - təxminən 5,93 %, noyabrın 2-i - ilə müqayisədə isə təxminən 4,64 % azdır.

Yunanıstanın Komotini çıxış nöqtəsindən noyabrın 3-dən noyabrın 10-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.

Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən noyabrın 3-dən noyabrın 10-dək hər gün üçün 30 milyon 346 min 301 kVt/saat həcmində sifariş alınıb. Bu, daha əvvəlki həftənin sifariş həcmi ilə müqayisədə eynidir.

Müəllif: Elmir Murad