09:22 - 3.11.2025
3 noyabr, Fineko/abc.az. Bazar ertəsi keçirilən hərracda etalon markaların qiyməti artır.
Saat 09:18-ə olan məlumata əsasən ICE Futures birjasında Brent markalı neftin yanvar fyuçerslərinin qiyməti 0,23 (0,36%) artaraq bir barel üçün 65,00-a yüksəlib. Oktyabrın 31 – də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin yanvar fyuçersləri 0,40 (0,62%) artaraq bir barel üçün 64,77-a çatıb.
Saat 09:18-ə olan məlumata əsasən NYMEX əmtəə birjasının ticarətində WTI neftinin dekabr fyuçersləri 0,22 (0,36%) artaraq bir barel üçün 61,20-a yüksəlib. 31 oktyabr ticarətinin nəticələrinə görə, WTI neftinin dekabr fyuçersləri 0,41 (0,68%) – bir barel üçün 60,98-a yüksəlib.
Ötən həftənin nəticələrinə görə, Brent nefti 1,32%, WTI nefti neft isə 0,85% ucuzlaşıb. Oktyabr ayında Brent 2,91%, WTI isə 2,23% ucuzlaşıb.
7 Avqust 2026
7 Avqust 2026