16:02 - 31.10.2025
31 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC 30,3 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
ABC.AZ-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın oktyabr sayında bildirilir.
Məlumata görə, bu, ötən ilin 9 ayı ilə müqayisədə 12,3 milyon ABŞ dolları və ya 28,9 % azdır.
Xatırladaq ki, 9 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,7 % artaraq 2,6 milyard ABŞ dolları təşkil edib.
3 Avqust 2026
1 Avqust 2026
1 Avqust 2026