Azərbaycanın 9 ayda ən çox ixrac həyata keçirən özəl şirkətləri - Siyahı

15:02 - 31.10.2025


31 oktyabr, Fineko/abc.az. 2025-ci ilin yanvar-sentyabr ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda qərarlaşan şirkətlərin siyahısı dərc edilib. 

ABC.AZ “İxrac icmalı”nın oktyabr sayına istinadən xəbər verir ki, sözügedən siyahıda birinci yerdə"Prime Cotton” MMC, ikinci sırada "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, üçüncü mövqedə "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC qərarlaşıb. Digər sıralanma isə aşağıdakı kimidir: "Baku Steel Company" QSC, "Export Stream" Məhdud Məsuliyyətli Cəmiyyəti, “STP Alüminium” MMC, "UYTROP" Məhdud Məsuliyyətli Cəmiyyəti, “TABATERRA”QSC. "P-AQRO" MMC, “HOPER”Məhdud Məsuliyyətli Cəmiyyəti.

Müəllif: Elmir Muradov