Gürcüstan Ukraynaya 553,5 min dollar dəyərində generator göndərəcək

15:02 - 31.10.2025


31 oktyabr, Fineko/abc.az. Gürcüstan Hökuməti Ukraynaya ümumi məbləği 1,5 milyon lari (təxminən 553,5 min dollar) olan müxtəlif tipli generatorlar göndərəcək.

ABC.AZ xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat verib.

"Sərəncama əsasən, Gürcüstanın enerji İnkişafı Fondu Ukraynaya ötürülməsi üçün 1,5 milyon lari dəyərində müxtəlif növ generatorlar alacaq", - məlumatda deyilir. Generatorların təhvil verilməsi barədə sərəncam cümə günü hökumətin iclasında təsdiq edilib.

2023-cü ilin əvvəlində Gürcüstan Hökuməti Ukraynaya 1,5 milyon lari dəyərində 25 yüksək güclü generator verdi.