14:47 - 31.10.2025
31 oktyabr, Fineko/abc.az 2025-ci ilin sentyabr ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (27.4 milyon ABŞ dolları) birinci olub.
ABC.AZ xəbər verir ki, bu barədə məlumat “İxrac icmalı”nın oktyabr sayında təqdim edilib. Qeyd edilib ki, bu siyahıda karbamid (17.1 milyon ABŞ dolları) ikinci, meşə fındığı (12,1 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
Cari ilin doqquz ayında Rusiya Federasiyasına 878,9 milyon ABŞ dolları, Türkiyəyə 435,8 milyon ABŞ dolları, İsveçrəyə 247,8 milyon ABŞ dolları, Gürcüstana 244,8 milyon ABŞ dolları, Ukraynaya isə 147,3 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
Müəllif: Elmir Muradov
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026