"SOCAR Polymer" MMC 9 ayda 207 milyon dollar dəyərində məhsul ixrac edib

14:06 - 31.10.2025


31 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 57 %-lik törəməsi olan "SOCAR Polymer" MMC 207 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

ABC.AZ-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın sentyabr sayında bildirilir.

Bu, 2024-cü ilin ilk 9 ayı ilə müqayisədə 14,1 milyon ABŞ dolları və yaxud 7,3 % çoxdur.

Xatırladaq ki, 9 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,7 % artaraq 2,6 milyard ABŞ dolları təşkil edib.