09:16 - 31.10.2025
31 oktyabr, Fineko/abc.az. Cümə günü keçirilən hərraclarda etalon markaların qiyməti aşağı düşür.
Brent markalı neftin dekabr fyuçersləri ICE Futures birjasında saat 09:12-ə olan məlumata əsasən $0,39 (0,60%) azalaraq bir barel üçün $64,61-a düşüb. 30 oktyabr ticarətinin nəticələrinə görə, Brent neftinin dekabr fyuçersləri $0,08 (0,12%) artaraq bir barel üçün $65,00-a yüksəlib.
Saat 09:12-ə olan məlumata əsasən NYMEX əmtəə birjasının ticarətində WTI neftinin dekabr fyuçerslərinin qiyməti $0,41 (0,68%) azalaraq bir barel üçün $60,16-a düşüb. 30 oktyabr ticarətinin nəticələrinə görə, WTI neftinin dekabr fyuçersləri 0,09 (0,15%) – bir barel üçün 60,57-a yüksəlib.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026