16:49 - 30.10.2025
30 oktyabr, Fineko/abc.az. Meta korporasiyasına məxsus məşhur messencer 2025-ci ilin dekabrında Rusiyada ticarət nişanlarının hüquqi müdafiəsini itirə bilər.
ABC.AZ xəbər verir ki, bu, milli qeydiyyatların sona çatması ilə bağlıdır.
Rusiyada WhatsApp messencerinin ticarət nişanlarına hüquqlar "Votsapp LLK" şirkətinə məxsusdur. Onların yenilənmə müddəti ilin sonunda başa çatır. Əks halda markalar qanuni müdafiələrini itirəcəklər.
"Onlayn patent"in baş direktoru Alina Akinşinanın sözlərinə görə, gecikmə halında artan rüsumla altı aylıq güzəşt müddəti nəzərdə tutulub. Bu müddət ərzində də uzadılma baş verməzsə, ticarət nişanlarına hüquqlar itiriləcəkdir.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
29 İyul 2026