15:58 - 30.10.2025
30 oktyabr, Fineko/abc.az. Bakıda keçirilən Avrasiya Françayzinq Forumu çərçivəsində Azərbaycanın Azexport və Qazaxıstanın Gaztrade şirkətləri arasında anlaşma memorandumu imzalanıb.
ABC.AZ xəbər verir ki, saziş iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
İmzalanmış protokol çərçivəsində əldə olunan razılaşmalar Azərbaycan və Qazaxıstan arasında rəqəmsal ticarətin həcmini artırmağa imkan verəcək. Həmçinin saziş ölkələr arasında ümumi ixracın genişlənməsinə və dünya bazarında mövcudluğun artmasına təkan verəcək.
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026
1 Avqust 2026