14:42 - 30.10.2025
30 oktyabr, Fineko/abc.az. Azərbaycan və Qazaxıstan bir-birinə meyvə-tərəvəzi "yaşıl dəhliz"lə daşıyacaq.
ABC.AZ xəbər verir ki, bunu açıqlamasında Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Ayjan Bijanova bildirib.
Onun sözlərinə görə, ölkəsi Azərbaycandan kənd təsərrüfatı məhsulları idxalını artırmaq istəyir:
"Bizim mövsümlərarası dövrdə meyvə-tərəvəzə böyük ehtiyacımız olur. Buna görə gömrük orqanlarımız arasında "yaşıl dəhliz" açırıq. Bu dəhliz vasitəsilə meyvə-tərəvəz Azərbaycandan Qazaxıstana maneəsiz daşınacaq. Həm daxili bazarımız təmin olunacaq, həm də məhsulların bir hissəsini emal edib Avropa İttifaqına, Çinə, Rusiyaya ixrac etməyi planlaşdırırıq", – deyə nazir müavini vurğulayıb. ©Report