14:29 - 30.10.2025
30 oktyabr, Fineko/abc.az. Qazaxıstan-Azərbaycan ticarət dövriyyəsi 2026-cı ildə bir milyard dollara çata bilər.
ABC.AZ xəbər verir ki, bunu açıqlamasında Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Ayjan Bijanova deyib.
O qeyd edib ki, iki ölkə arasında ticarət dövriyyəsi artım tempinə baxmayaraq, hələ istənilən səviyyədə deyil:
"Ötən ilin nəticələrinə görə, ikitərəfli ticarət dövriyyəsi 536 milyon ABŞ dolları olub. Bizim hədəfimiz yaxın iki ildə bu rəqəmi 1 milyard dollara çatdırmaqdır".
A.Bijanova bildirib ki, bunun üçün konkret tədbirlərdən ibarət yol xəritəsi hazırlanır: "Yol xəritəsində məsul şəxslər və müddətlər müəyyən olunacaq". ©Report
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026