Volkswagen III rübdə zərərlə qarşılaşıb

14:14 - 30.10.2025


30 oktyabr, Fineko/abc.az. Almaniyanın Volkswagen avtomobil konserni üçüncü rübdə əməliyyat zərəri ilə qarşılaşıb, baxmayaraq ki, gəlir 2,3% artıb.

ABC.AZ xəbər verir ki, iyul-sentyabr aylarında Volkswagen əməliyyat zərəri bir il əvvəlki 2,83 milyard avro mənfəətə qarşı 1,3 milyard avro təşkil edib. Əməliyyat rentabelliyi mənfi dəyər təşkil edərək mənfi 1,6%-dən mənfi 3,6%-ə düşüb.

Volkswagenin rüblük gəliri bir il əvvəlki 78,58 milyard avrodan 80,31 milyard avroya yüksəlib.

Avtomobil satışları 4,5% artaraq təxminən 2,22 milyon ədədə, istehsal 4,9% artaraq 2,13 milyona çatıb.

Şirkət hələ də cari ildə gəlirlərinin 2024-cü il səviyyəsində qalacağını gözləyir. Əməliyyat rentabelliyi, yeni proqnoza görə, 2-3% (əvvəlki proqnoz - 4-5%) təşkil edəcək.