11:47 - 30.10.2025
30 oktyabr, Fineko/abc.az. Hindistanın “Indian Oil” dövlət şirkəti Rusiyadan tədarükün ehtimal olunan azalması fonunda 2025-ci ilin birinci rübündə Şimali və Cənubi Amerikadan 24 milyon barelə qədər neft almağı planlaşdırır.
ABC.AZ xəbər verir ki, şirkət, ABŞ, Kanada, Braziliya və bölgədəki digər ölkələrdən beşə qədər təchizatçı seçərək xammal almağı nəzərdə tutur. Oktyabrın 22-dən etibarən IOC Rusiya nefti üçün sifariş verməyib, lakin ondan tamamilə imtina etməyi də planlaşdırmır.