Neft ucuzlaşır, Brent bir barel üçün $64,64 təşkil edir

09:25 - 30.10.2025


30 oktyabr, Fineko/abc.az. Etalon markaların qiyməti əvvəlki gün artdıqdan sonra cümə axşamı hərracda azalır.

Brent markalı neftin dekabr fyuçersləri ICE Futures birjasında saat 09:20-ə olan məlumata əsasən $0,28 (0,43%) azalaraq bir barel üçün $64,64-a düşüb. Oktyabrın 29 – da keçirilən hərracların nəticələrinə görə, Brent neftinin dekabr fyuçersləri $0,52 (0,81%) artaraq bir barel üçün $64,92-a çatıb.

Saat 09:20-ə olan məlumata əsasən NYMEX əmtəə birjasının ticarətində WTI neftinin dekabr fyuçerslərinin qiyməti $0,29 (0,48%) azalaraq bir barel üçün $60,19-a düşüb. 29 oktyabr ticarətinin nəticələrinə görə,  WTI neftinin dekabr fyuçersləri $0,33 (0,55%) – bir barel üçün $60,48-a yüksəldi.