OpenAI, korporativ struktur islahatından sonra 2027-ci ildə IPO-ya hazırlaşır

16:34 - 29.10.2025


29 oktyabr, Fineko/abc.az. OpenAI-ın yeni korporativ strukturu 2027-ci ildə baş tuta biləcək IPO keçirməyə imkan verəcək.

ABC.AZ xəbər verir ki, bu barədə The Wall Street Journal mənbələri bildirib. Onların sözlərinə görə, bu barədə müzakirələr hələ ilkin xarakter daşıyır, buna görə listinq daha sonra keçirilə və ya ləğv edilə bilər.

Bir gün əvvəl ChatGPT tərtibatçısı, şirkətin kommersiya bölməsinin ictimai faydalı təşkilat OpenAI Group PBC (public benefit corporation) halına gətiriləcəyini açıqladı. Öz növbəsində, indi OpenAI Foundation adlanan qeyri-kommersiya qurumu, ticarət bölməsinə nəzarəti davam etdirəcəkdir.