"Amazon" Cənubi Koreyada 5 milyard dollara ən iri AI məlumat mərkəzini tikəcək

16:11 - 29.10.2025


29 oktyabr, Fineko/abc.az. Amazon'un bulud strukturu olan Amazon Web Services (AWS) altı il ərzində Cənubi Koreyada süni intellekt üçün yeni məlumat mərkəzlərinin inşasına 4,89 milyard dollar sərmayə qoymağı planlaşdırır.

ABC.AZ xəbər verir ki, AWS Ulsan şəhərində süni intellekt kompleksinin tikintisi üçün yerli şirkət SK Group ilə əməkdaşlıq edir. SK Group məlumatına görə, bu məlumat mərkəzi 2027-ci ildə başa çatdıqdan sonra ölkənin ən iri məlumat mərkəzi olacaq.

Bundan əvvəl ABŞ şirkəti Cənubi Koreya iqtisadiyyatına 3,9 milyard dollar sərmayə qoymuşdu. Beləliklə, ABŞ-ın ölkəyə yatırdığı investisiyaların ümumi həcmi 8,8 milyard dollara çatacaq.