OpenAI Hindistanda bir illik pulsuz ChatGPT Go abunəsini təqdim edir

11:45 - 29.10.2025


29 oktyabr, Fineko/abc.az. OpenAI Hindistanda aksiyaya start verib. Belə ki, istifadəçilər ChatGPT Go xidmətinə bir illik pulsuz giriş əldə edirlər. Bu, adətən ayda təxminən 5 dollar dəyərində olan sadələşdirilmiş versiyadır.

ABC.AZ xəbər verir ki, bu addım auditoriyanın genişləndirilməsinə və oxşar üstünlüklər təklif edən Google və digər süni intellekt platformaları ilə rəqabətə yönəlib. Mütəxəssislər hesab edirlər ki, şirkət inkişaf etməkdə olan bazarlarda miqyaslanma modelini sınaqdan keçirir.