15:46 - 28.10.2025
28 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında Azərbaycan 215 min ABŞ dolları dəyərində 43,66 ton ördək əti idxal edib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 63 %, kəmiyyət olaraq – 39 % çoxdur.
Hesabat dövründə Azərbaycana Braziliyadan 110,8 min ABŞ dolları dəyərində 24 ton (bir il əvvəl tədarük olmayıb), Rusiyadan 60 min ABŞ dolları (bir il əvvəlki göstəricidən 41 % az) dəyərində 14,6 ton (-37 %), Fransadan 26,3 min ABŞ dolları dəyərində 1,7 ton (bir il əvvəl tədarük olmayıb), Macarıstandan 9,71 min ABŞ dolları (+4,6 dəfə) dəyərində 2 ton (+26 dəfə), Tailanddan 7,41 min ABŞ dolları dəyərində 1 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.
Azərbaycan 4 il 5 aylıq fasilənin ardından Almaniyadan (0,12 min ABŞ dolları dəyərində 0,01 ton) və 2 il 1 aylıq aradan sonra Birləşmiş Ərəb Əmirliklərindən (0,13 min ABŞ dolları dəyərində 0,01 ton) ördək ətinin tədarükünü bərpa edib.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026