Azərbaycanda hotellər 494 mln. manat gəlir qazanıb

15:30 - 28.10.2025


28 oktyabr, Fineko/abc.az. 2025-ci ilin yanvar–sentyabr aylarında ölkədə fəaliyyət göstərən mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin ümumi gəlirləri artım nümayiş etdirib.

ABC.AZ xəbər verir ki, hesabat dövründə bu müəssisələrin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 25,7 milyon manat və ya 5,5 faiz artaraq 494,2 milyon manat təşkil edib.

Bu məbləğin 62,4 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 26,8 faizi ictimai iaşə xidmətlərindən, 2,8 faizi müalicə və sağlamlıq xidmətlərindən, 8,0 faizi isə digər xidmətlərin göstərilməsindən əldə olunub.

Qeyd edək ki, 2024-cü ilin yanvar–sentyabr aylarında mehmanxana və mehmanxana tipli obyektlərin ümumi gəlirləri 468,5 milyon manat təşkil edib.

Son beş ildə mehmanxana sektoru davamlı artım tendensiyası nümayiş etdirib.

© Valyuta.az