16:54 - 27.10.2025
27 oktyabr, Fineko/abc.az. Yaponiyanın Toyota avtomobil konserni 2025-ci ilin sentyabrında istehsal həcmini ötən ilin eyni dövrünə nisbətən 11% artıraraq 918 146 avtomobilə çatdırıb.
ABC.AZ xəbər verir ki, göstərici ardıcıl dördüncü aydır artır. Qeyd olunur ki, Yaponiyada istehsal 9%, Çində 16%, ABŞ – da isə 29% artıb.
Sentyabr ayında qlobal satışlar ardıcıl doqquzuncu ayda artaraq 3% yüksəlib və 879 314 avtomobilə çatıb. ABŞ-da satışlar 14% artaraq Çindəki 1%-lik və Yaponiyadakı 5%-lik azalmaları kompensasiya edib.
İlin ilk doqquz ayı ərzində Toyota 7,8 milyon avtomobil satıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5% çoxdur.
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026