Bakıda 213 binada istilik xidməti alan mənzillərin sayı 10-dan azdır

16:41 - 27.10.2025


27 oktyabr, Fineko/abc.az. Bakıda ümumilikdə 213 binada istilik təchizatı xidmətlərindən istifadə edən mənzillərin sayı hər bina üzrə 10 və ya daha az olub.

ABC.AZ xəbər verir ki, bu qənaətə Hesablama Palatası 2025-ci il üzrə İş Planına uyğun olaraq "Azəristiliktəchizat" ASC-də aparılan uyğunluq auditindən sonra gəlib.

Ümumilikdə isə 4 670 mənzildə istilik xidməti alanların xüsusi çəkisi 20 %-dən aşağı olub.

Palata qeyd edib ki, bu vəziyyət illərdir istilik təchizatı sisteminin modernləşdirilməsinin və abonent bazasının genişləndirilməsinin lazımi səviyyədə həyata keçirilməməsi ilə bağlıdır.