16:12 - 27.10.2025
27 oktyabr, Fineko/abc.az. Hesablama Palatasının 2025-ci il üzrə İş Planına müvafiq olaraq “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti üzrə dövlət vəsaitlərinin və digər əmlakının idarə olunmasına dair uyğunluq auditi aparılıb.
ABC.AZ xəbər verir ki, kənar dövlət maliyyə nəzarəti tədbiri ilə 01.01.2023-cü il tarixindən 01.04.2025-ci il tarixinədək olan müddət əhatə olunmuş, audit predmetinin pul vəsaitlərinin hərəkəti üzərindən faktiki maliyyə tutumu ümumilikdə daxilolmalar üzrə 149,3 mln. manata, xaricolmalar üzrə 146,7 mln. manata bərabər olub. Ümumilikdə, 244 ədəd qazanxananın faktiki yerləşdiyi obyektlərin (daşınmaz əmlakların) “Azəristiliktəchizat” ASC-yə aid olmaması, o cümlədən bir qisminin konservasiya statusunda olması və ya bitməmiş tikili kimi qalması “Azəristiliktəchizat” ASC-nin fəaliyyətində dayanıqlılığın təmin olunması baxımından balans mənsubiyyətinin optimallaşdırılması məsələlərini aktuallaşdırıb.
İlkin uçot məlumatları ümumi debitor borcların məbləğinin 01.01.2023-cü il tarixinə 20758,9 min manat, 01.01.2025-ci il tarixinə 24749,4 min manat, 01.04.2025-ci il tarixinə isə 34532,6 min manat təşkil etdiyini göstərmiş, eyni zamanda auditlə əhatə olunan dövrdə satışdan gəlirlərin yığım səviyyəsinin hesabat illərinin əvvəlinə olan borclar nəzərə alınmadan ümumilikdə 86,0-90,0% (o cümlədən, əhali istehlakçı qrupu üzrə 71,0-78,0%) intervalında olsa da hesabat illərinin əvvəlinə olan bütün borclar nəzərə alınmaqla ümumilikdə 40,0-45,0% (o cümlədən, əhali istehlakçı qrupu üzrə 20,0-25,0%) intervalında dəyişdiyini deməyə əsas verib. Dövlət büdcəsindən maliyyələşdirilən investisiya qoyuluşları hesabına Bakı şəhərində tikilmiş, yenidən qurulmuş və ya modernləşdirilmiş qazanxanaların müvafiq tərkib hissələrinin timsalında 1618067,4 manat dəyərində aktivlərin maliyyə (mühasibat) uçotunda müvafiq qaydada əks etdirilməsi təmin edilməyib.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026