Google və Anthropic milyardlarla dollarlıq müqavilə bağladılar

17:20 - 24.10.2025


24 oktyabr, Fineko/abc.az. CNBC xəbər verir ki, Google və Anthropic milyardlarla dollarlıq bulud sövdələşməsinin bağlanması haqqında elan ediblər.

ABC.AZ xəbər verir ki, Google-un tensor prosessorlarının (TPU) bu günə qədər ən iri alışı olan müqavilə Anthropic-ə bir milyon Google tərəfindən xüsusi hazırlanmış tensor prosessorlarına (TPU) giriş imkanı verir və 2026-cı ilə qədər AI üçün daha çox gigavat emal gücü təmin edəcəyi gözlənilir. Tərəfdaşlıq 2026-cı ilə qədər Giqavatdan çox hesablama gücü əlavə edəcək ki, bu da Anthropic-in 7 milyard dollarlıq gəlirini artıracaq.