Aİ Rusiyaya 19-cu sanksiya paketi çərçivəsində gül və dekorativ bitkilərin tədarükünü qadağan edib

15:01 - 24.10.2025


24 oktyabr, Fineko/abc.az. Avropa İttifaqı 19-cu sanksiyalar paketi çərçivəsində Rusiyaya qızılgül, rododendron və azaliya güllərinin tədarükünü qadağan edib.

ABC.AZ xəbər verir ki, bundan əlavə, qönçələr olmadan çiçəklər, budaqlar, bitki və çiçək hissələri, həmçinin buketlər və dekorativ məqsədlər üçün mal kimi təsnif edilən otlar, yosunlar və şibyələr də qadağan edilib.