Neft ucuzlaşır, Brent bir barel üçün $65,79 təşkil edir

09:19 - 24.10.2025


24 oktyabr, Fineko/abc.az. Etalon markaların qiymətləri cümə günü əvvəlki yüksəlişdən sonra hərracda azalır.

ICE Futures birjasında Brent markalı neftin dekabr fyuçerslərinin qiyməti saat 09:15-ə olan məlumata görə $0,20 (0,30%), bir barel üçün $65,79-a düşüb. Oktyabrın 23 – də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin dekabr fyuçersləri $3,40 (5,43%) artaraq bir barel üçün $65,99-a çatıb.

Saat 09:15-ə olan məlumata görə NYMEX əmtəə birjasının ticarətində WTI neftinin dekabr fyuçerslərinin qiyməti $0,21 (0,34%) azalaraq bir barel üçün $61,58-a düşüb. Oktyabrın 23 – də aparılan hərracların nəticələrinə görə,  WTI neftinin dekabr ayı üçün neft fyuçersləri $3,29 (5,62%) artaraq bir barel üçün $61,79-a çatıb.

Bu həftə neftin qiyməti 7%-dən çox artıb.