Yaxın zamanlarda Cəbrayılda 2 günəş elektrik stansiyalarının təməli qoyulacaq

12:27 - 20.10.2025


20 oktyabr, Fineko/abc.az. Yaxın zamanlarda Cəbrayılda 50 MVt gücündə "Şəms" və 50 MVt gücündə "Üfüq" günəş elektrik stansiyalarının (GES) təməlinin qoyulması planlaşdırılır.

ABC.AZ xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazovun Energetiklər Günü ilə bağlı rəsmi qəzetdə dərc edilmiş məqaləsində deyilir.

Bildirilib ki, qarşıdakı iki il ərzində Azərbaycanda "yaşıl enerji"nin inkişafının birinci mərhələsi - 10 günəş və külək elektrik stansiyasının inşası - planlaşdırıldığı kimi uğurla başa çatdırılacaq:

"Bu çərçivədə 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyası ilin sonunadək tam istismara veriləcək: "Stansiyanın Abşeron və Xızı sahələrində ümumilikdə 37 turbindən 35-i (227,5 MVt gücündə) artıq quraşdırılıb, qalan 2 turbinin quraşdırılması isə oktyabr ayı ərzində tamamlanacaq. İki 220/33 kV-luq yarımstansiyadan biri inşa edilərək istismara tam hazır vəziyyətə gətirilib, digər yarımstansiyanın tikintisi isə gələn ay yekunlaşacaq".

Müəllif: Elmir Murad