11:56 - 20.10.2025
20 oktyabr, Fineko/abc.az. Yeni elektrik stansiyalarının istifadəyə verilməsi ilə hazırda Azərbaycanın ümumi elektrik enerjisi istehsalı gücü 9 732,5 MVt-a çatıb.
ABC.AZ xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazovun Energetiklər Günü ilə bağlı rəsmi qəzetdə dərc edilmiş məqaləsində deyilir.
Bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1317 MVt və ya 15,6 % artım deməkdir:
"Bu əhəmiyyətli artımda ölkəmizin və bütövlükdə Cənubi Qafqazın ən böyük enerji müəssisəsi olan, şanlı Zəfərimizi əbədiləşdirən 1 880 MVt gücündə "8 Noyabr" Elektrik Stansiyasının istismara verilməsinin mühüm rolu var. Mingəçevirin yalnız Azərbaycanın deyil, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi kimi mövqeyini gücləndirən bu stansiya enerji səmərəliliyi ilə yanaşı, Çin və İtaliya şirkətləri ilə əməkdaşlıq timsalında elektroenergetikada beynəlxalq tərəfdaşlığın parlaq nümunəsidir". © Report
8 Avqust 2026
8 Avqust 2026