10:04 - 12.10.2018
12 oktyabr, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev Qubada yol infrastrukturunun yaxşılaşdırılması haqqında sərəncam imzalayıb.
Dövlət başçısı Susay-Xınalıq avtomobil yolunun tikintisi haqqında sərəncam imzalayıb. Tikinti xərclərinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 7,5 milyon manat ayrılacaq.
Digər sərəncamla dövlət başçısı Quba–Qonaqkənd avtomobil yolunun tikintisi üçün Dövlət Agentliyinə daha 3 milyon manat ayırıb.
Bu işlərin maliyyələşdirilməsi üçün vəsaitlər, 2019-cu il üçün dövlət büdcəsi layihəsində nəzərdə tutulacaq.
30 İyul 2026
29 İyul 2026
29 İyul 2026