16:25 - 17.10.2025
17 oktyabr, Fineko/abc.az. Rusiyada humanoid robotların istehsalı üzrə "Yeni texnoloji koalisiya" yaradılacaq. Layihənin təşkilatçıları arasında Rusiya Federasiyasının ən iri şirkətləri və ölkənin aparıcı texnoloji universitetləri var. Koalisiyanın əsas məqsədi yerli antropomorfik robotların ixtirası, inkişafı və yaradılmasıdır.
ABC.AZ xəbər verir ki, iştirakçıların siyahısına artıq "Promobot", "Double Yu Expo", "Aydol", "VDNH robotlar Korporasiyası" şirkətləri, Perm, Kazan, Tomsk və Sankt-Peterburqdakı texniki universitetlər daxil edilib.
İştirakçıların layihəyə ümumi yatırımı artıq ən azı 5 milyon dollardır və daha da artacaq.
Gələcəkdə humanoid robotların sənayenin avtomatlaşdırılmasında əsl inqilab edəcəyi gözlənilir.
İdeyaya görə, antropomorflar yaxın 10-15 ildə Rusiyanın istehsal, tibb, logistika və pərakəndə satış sahəsinə daxil edilməlidir.