Litva əcnəbilərin iş icazələrinin verilməsini dayandırıb

11:46 - 16.10.2025


16 oktyabr, Fineko/abc.az. Litvada əcnəbilərin iş icazələrinin verilməsi üçün müəssisələrdən müraciətlərin qəbulu dayandırılıb.

ABC.AZ xəbər verir ki, bu barədə Litvanın Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti məlumat verib.

"Litvada digər ölkələrin vətəndaşlarının iş icazələri demək olar ki, tükənmişdir, buna görə departament yeni sənədlərin verilməsini dayandırır", — deyə məlumatda qeyd edilir.

Departament tərəfindən cari il üçün müəyyən edilmiş əcnəbilərin məşğulluq kvotası 24 830 nəfərdir. Oktyabrın 15-nə 20,5 min icazə istifadə olunub. Bundan əlavə, departamentdə daha 4,5 min ərizə nəzərdən keçirilir.