14:35 - 10.10.2025
10 oktyabr, Fineko/abc.az. Ötən ay qeyri-qida malları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,5 % artıb.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, qeyri-qida mallarından daha çox artım mebelin, avtomobillər üçün ehtiyyat hissələrinin, şəxsi gigiyena məmulatlarının, dəftərxana ləvazimatlarının, zərgərlik məmulatlarının, azalma isə yay geyimlərinin qiymətlərində müşahidə olunmuşdur.
Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Sentyabrda əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri isə iyuna nisbətən 0,6 % artıb. Əhaliyə göstərilmiş ödənişli xidmətlərdən artım əsasən ali, orta ixtisas və ödənişli məktəbəqədər təhsil müəssisələrinin, xarici dil və abituriyent hazırlığı kurslarının, mənzillərin kirayəyə verilməsi və bərbərxana xidmətlərinin, azalma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Müəllif: Elmir Murad
3 Avqust 2026
1 Avqust 2026